"Tevez Çin yeməklərinə alşa bilmir"

"Tevez Çin yeməklərinə alşa bilmir"
20:05 8 Mart 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Shanhgai Shenhua"nın baş məşqçisi Qustavo Poyet argentinalı forvard Karlos Tevez haqqında fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı mütəxəsis 32 yaşlı Tevezin adaptasiya ilə bağlı problemlərinə toxunub.

"Tevez, mənim kimi Çin dilində bircə söz də bilmir. Həmişə tərcüməçiyə ehtiyac duyur. Onun ünsiyyət saxlaması çətindir. Çünki tərcüməçi ifadələri bəzən istənilən kimi çevirmir Karlos heç nə yemir. Keçən həftə Quarin, Moreno və Tevezlə ilk dəfə birlikdə yığışmışdıq. Tevez Çin yeməklərinə alşa bilmir. "Karlitos"un yuxu problemi yoxdur. O, çox yaxşı dincəlir".

Qeyd edək ki, "Boca Juniors" Tevezin transferindən 10 milyon avro qazanmışdı. Argentinalı hücumçunun Şanxay klubunda illik məvacibi isə 40 milyon avro təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR