Çox yatmaq beyini zəiflədir

Çox yatmaq beyini zəiflədir
20:05 8 Mart 2017
258 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur.

Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.
Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur.

Bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.

Alimlərin fikrinə görə, normal gecə yuxusu 6-8 saat olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 7,7 mln. insan demensiya xəstəliyinə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/524258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR