Olland və Sarkisyan Qarabağı müzakirə etdilər

Olland və Sarkisyan  Qarabağı müzakirə etdilər
20:29 8 Mart 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət  və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

 

“Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Biz ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədriyik.  Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, deyə S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR