"Azarkeşlərin stadionu yarımçıq tərk etməsini görmək çox ağır idi"

"Azarkeşlərin stadionu yarımçıq tərk etməsini görmək çox ağır idi"
20:42 8 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"ya ümumi hesabda 2-10 uduzması xeyli gözlənilməz hadisə oldu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, səfərdəki oyunda olduğu kimi cavab görüşündə də 1-5 uduzan "topçular"ın müdafiəçisi Ektor Belyerin azarkeşlərin könlünü almağa çalışıb.

""Bavariya" ilə oyunda final fitindən əvvəl azarkeşlərin stadionu tərk etməsini görmək çox ağır idi. Onlar üçün oynayırıq, onlara sevinc bəxş etməyə çalışırıq. Mövsümün qalan hissəsində bunu etmək üçün çalışmaq lazımdır. "Arsenal"ın yaxşı futbolçuları və potensialı var. Bunlar uğurlu nəticə qazanmağa imkan verir. "Bayer"lə oyuna necə başlamışdıqsa, elə də davam etməliydik. Azarkeşlrdən üzr istəməliyik. Çünki başqa nəticə gözləyirdik" - ispaniyalı futbolçu qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR