Raul: "Barselona"nın şansları azdır, bunu ancaq "Real" bacara bilərdi"

"Real"ın sabiq hücumçusu Raul Qonzales Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Barselona" - PSJ matçı haqqında fikirlərini bölüşüb.

Metbuat.az-ın məlumatına görə, Raul "Barselona"nın mərhələ adlayacağına inanmır:

"Barselona" möhtəşəm oyun sərgiləməlidir. Eyni zamanda matç PSJ üçün çox pis keçməlidir. Fikrimcə, "Barselona"nın şansları azdır.

Belə bir situasiyadan çıxmağı bacaracaq komanda varsa, o da "Real"dır. Madrid klubu bu mənada ixtisaslaşıb.

PSJ öz futbolunu oynasa, "Barsa" 4-5 qol vura bilməyəcək. Amma təbii ki, katalan klubunun müəyyən potensialı var.

PSJ Çempionlar Liqasında sona qədər irəliləyə bilər. Unai Emeri super məşqçidir. Ona inanıram".

"Barselona" - PSJ matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda Fransa təmsilçisinin 4:0 hesablı qələbəsi qeydə alınmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR