Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağı müzakirə etdi

Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağı müzakirə etdi
21:03 8 Mart 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan Parisdəki danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Biz siyasi məsələlərə, xüsusən Fransanın faydalı ola biləcəyi Qarabağda münaqişənin həlli məsələsinə toxunduq. Çünki ABŞ və Rusiya ilə yanaşı, Fransa da Minsk qrupunun həmsədridir. Biz böhrandan çıxmaq üçün lazımi siyasi qərarları əldə etmək, son həftələr və aylar ərzində baş vermiş ağır hadisələrin təkrarlanmasından qaçmaq istəyirik" – deyə Parisdə Ermənistan prezidenti Serj Sarkisyanla görüşün yekunlarına əsasən Fransua Olland bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR