Bu qan qrupu olan kişilərdə cinsi zəifliyinin riski azdır

Bu qan qrupu olan kişilərdə cinsi zəifliyinin riski azdır
21:22 8 Mart 2017
1156 Ölkə
Ölkə mətbuatı
A- A+

Cinsi zəifliyinin əsas səbəbləri arasında qocalma və bəzi xəstəliklərdir, məsələn, piylənmə, diabet var.

Lakin son elmi araşdırmalar göstərib ki, qan qrupu da bu pozulmanın inkişafına təsir edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu Ordu Universiteti (Türkiyə) alimləri aşkar ediblər. Araşdırmada 60 yaşdan çox olan 350 kişi iştirak edib.

Araşdırma göstərib ki, II, III və IV-cü qan qrupu olan kişilərdə cinsi zəifliyinə I-ci qan qrupu olan kişilərlə müqayisədə 3-4 dəfə tez-tez təsadüf edilir.

Statistikaya görə, kişilərin 44%-i I-ci qan qrupuna aiddir.

Ümumiyyətlə son araşdırmalar göstərib ki, qan qrupu insan sağlamlığına ciddi təsir edir. Belə ki, I-ci qan qrupu olanlarda digər qan qrupları ilə müqayisədə ürək-damar sistemi xəstəliklərinə daha az təsadüf edilir. Həmçinin bu qan qrupuna aid olan insanlar daha çox yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/524342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR