İŞİD Suriyanı bombaladı: 1 ölü, 31 yaralı

İŞİD Suriyanı bombaladı: 1 ölü, 31 yaralı
21:53 8 Mart 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçularının Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor şəhərini atəşə tutması nəticəsində 25 nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, yaralıların əksəriyyəti uşaqlardır. Terrorçuların atdıqları mərmilər həmçinin şəhərin El-Küsür və El-Caur yaşayış məntəqələrini dağıdıb. Bombardmanlar nəticəsində sakinlərin həlak olub-olmaması barəsində məlumat verilmir.

Agentlik həmçinin İŞİD silahlılarının paytaxt Dəməşqi də atəşə tutduğunu bildirib. Nəticədə 1 qadın ölüb, daha 6 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR