Avtomobil 23 yaşlı oğlanı vurub öldürdü: - Bakıda

Avtomobil 23 yaşlı oğlanı vurub öldürdü: - Bakıda
22:04 8 Mart 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində baş verib. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci “Mercedes” markalı avtomobil vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in alın şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.

 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən yol qəzası baş verib.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR