8 Mart - Beynəlxalq Qadınlar Günü Bakıda belə qeyd edildi -

Bir neçə gündür gül və hədiyyə mağazalarında bayrama görə canlanma müşahidə edilir. Bu gün isə bütün mağazalar necə deyərlər qazan kimi qaynayırdı.

Metbuat.az "Xəzər xəbər"ə istinadən məlumat verir ki, kimi sevgilisi, ana və bacısı, kimisi də iş yoldaşları üçün hədiyyə almağa gəlmişdi.

Bu gün uşaqdan böyüyə hər kəsin bir məqsədi var idi, qadınları xoşbəxt emək. Kimisi elə böyük hədiyyə almışdı ki, heç maşına yerləşmirdi. Kimisi isə sadəcə 1 çiçəklə kəfayətlənirdi.

Bu il hədiyyə və gül mağazalarında diqqətimizi çəkən məqam həm də o oldu ki, burda daha çox elə qadınların özü iş başında idi.

Bu gün şəhərin hər tərəfində bayram ab-havası olsa da, maraqlıdır ki, insanların çoxu Qadınlar Günü haqda məlumatsızdır.

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR