"Liverpul"un ən yaxşı futbolçusu odur -

"Liverpul" azarkeşləri fevral ayının ən yaxşı futbolçusunu seçiblər.

Metbuat.az-ın məlumatına görə, fanatların etimadını qazanan Sadyo Mane qalib olub. Seneqallı yarımmüdafiəçi daha sonra fikirlərini klubun rəsmi saytı ilə bölüşüb:

"Çətin perioddan keçdik. Həm biz, həm də azarkeşlər üçün asan olmadı. Amma bu, futbolun bir hissəsidi.

Artıq çətinliklər geridə qaldı. Özgüvənimizi bərpa eləmişik. Azarkeşlərimizi sevindirmək üçün mövsümün sonuna kimi maksimum səy göstərəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR