Meksikada insan sümükləri ilə dolu daha 8 kisə tapılıb

Meksikada insan sümükləri ilə dolu daha 8 kisə tapılıb
00:22 9 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Meksikanın şimalında, Nuevo-Leon ştatının Eskobedo bələdiyyəsi ərazisində insan sümükləri ilə dolu daha səkkiz kisə tapılıb.
"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, yük avtomobilindən atılmış torbalar səkidə saxlanılıb.
Kriminalist ekspertlər meyitlərin aşkarlanması işinə başlayıblar. Onlar sümüklərin neçə nəfərə məxsus olduğunu müəyyən edəcəklər.
Qeyd edək ki, həftənin əvvəllərində Herrero ştatında iki gün ərzində doqquz nəfərin meyiti 19 plastik paketdə aşkarlanıb.
Statistika və Coğrafiya Milli İnstitutunun apardığı sonuncu rəy sorğusunun nəticələrinə əsasən, meksikalıların 74 faizindən çoxu özlərini təhlükəsiz hiss etmir. Bu, son illər ən yüksək göstəricidir.
Qeyd edək ki, Vilyaermos (Tabasko ştatı) və Çilpansinqo (Herrero ştatı), habelə Ekatepek (Mexiko ştatı) ölkənin ən təhlükəli şəhərləri hesab edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-insan-sumukleri-ile-dolu-daha-8-kise-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR