Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”

Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”
00:38 9 Mart 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”, deyə Ş.Spayser qeyd edib.

Ötən gün İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR