Toydan sonra qalan ərzaqlar sahiblərinə niyə verilmir? -

Toy edənlərin daha çox üzləşdiyi problem mərasimdən sonra qalan ərzaqlarla bağlı olur.

Bir çox şadlıq sarayı toydan sonra qalan yemək və içkiləri sahiblərinə vermir. Baxmayaraq ki, buna haqları yoxdur.

Bəzi restoran inzibatçıları toydan sonra qalan içkiləri toy sahiblərininə vermədiklərini etiraf edirlər. Onlar bunu açılmamış içkilərin istifadə edilə bilməsi ilə izah edir.

İnzibatçıların sözlərinə görə, içkilər qonaqlara limitsiz verildiyi üçün artıq qalanları avtomatik olaraq restoranın payına düşür. Çünki içkilər menyuda şüşə sayına görə hesablanmır.

Ancaq süfrədə və mətbəxdə qalan yeməkləri toy sahibinin aparmaq hüququ var.

Xarab olması mümkün olmayan qida məhsulları isə növbəti toylarda istifadə edilir.

İnzibatçılar bildirir ki, növbəti toya saxlanılması mümkün olmayan yeməkləri toy sahibi aparmasa, şadlıq evlərinin işçilərinə paylanır.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR