Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı məlum olub

Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı məlum olub
01:52 9 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.
"Report"un məlumatına görə, İspaniya və Almaniyada keçirilmiş qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.
"Barselona" Fransa PSJ-si ilə görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Kataloniya təmsilçisi hesabda 3:0 öndə olduğu vaxt qapısında qol görüb. Bundan sonra "Barsa" daha 3 qol vuraraq, möcüzəni gerçəkləşdirib - 6:1. Beləliklə, PSJ mübarizəni dayandırıb.
Dortmund "Borussiya"sı isə Portuqaliya "Benfika"sından ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. 4:0 hesablı qələbə qazanan Tomas Tuxelin baş məşqçi olduğu komanda "Barselona"nın bacarmadığını artıqlaması ilə edib. Qollardan 3-nü Pyer-Emerik Obameyanq vurub.
Beləliklə, PSJ və Dortmund "Borussiya"sı 1/4 finala yüksəlib. Ötən gün Almaniya "Bavariya"sı ilə İspaniya "Real Madrid"i bu vəzifənin öhdəsindən gəlib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
23:45 "Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Luis Suares, 3. Layvin Kurzava, 40. Lionel Messi, 48-penalti ilə. Neymar, 88; 90-penalti ilə. Serxi Roberto, 90+5 - Edinson Kavani, 62
Baş hakim: Deniz Aytekin (Almaniya)
İlk oyun – 0:4
23:45 "Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya) - 4:0
Qol: Pyer-Emerik Obameyanq, 4; 61; 85. Kristian Pulişiç, 59
Baş hakim: Martin Atkinston (İngiltərə)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-1-4-finala-yukselen-daha-2-komandanin-adi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR