De Mistura: "Suriyaya dair danışıqların beşinci mərhələsi martın 23-də keçiriləcək"

De Mistura: "Suriyaya dair danışıqların beşinci mərhələsi martın 23-də keçiriləcək"
02:57 9 Mart 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturi Suriyaya dair danışıqların beşinci mərhələsini martın 23-də təşkil etmək niyyətindədir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin xüsusi nümayəndəsinin Staffan de Mistura özü jurnalistlərə bildirib.
"Hazırda mənim məqsədim təxminən martın 23-də Cenevrə danışıqlarının iştirakçılarını beşinci raundda yenidən toplamaqdır" – deyə o, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin yekunlarına dair brifinqdə bildirib.
De Mistura əlavə edib o, martın 23-də işə başlamaq üçün nümayəndələrin bir gün əvvəl gəlişini gözləyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/de-mistura-suriyaya-dair-danisiqlarin-besinci-merhelesi-martin-23-de-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR