Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb

Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb
04:22 9 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları qadınların hüquqlarının müdafiəsi ilə bağlı nümayişlərin 13 iştirakçısını saxlayıb.
"Report" "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın meqapolis polis idarəsinin nümayəndələri bildiriblər.
Aksiyalar prezident Donald Trampın Nyu-Yorkun mərkəzindəki Manhettendəki biznes-imperiyasının iqamətgahı, həmçinin onun adını daşıyan otelin binası yaxınlığında keçirilib.
Nümayişlər 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilib. "Günsüz qadın" ("Day Without a Woman" - "Report") adını almış etiraz aksiyalarının iştirakçıları vurğulayıblar ki, indiyədək ABŞ-da cinslərin tam hüquq bərabərliyi əldə olunmayıb.
Polis nümayəndələri isə bildiriblər ki, hələlik saxlanılanlara qarşı ittihamlar irəli sürülməyib. Analoji aksiyalar həmçinin Amerikanın bir çox şəhərlərində, o cümlədən paytaxtda da keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nyu-yorkda-trampin-goydelenleri-yaxinliginda-etiraz-aksiyasi-keciren-13-qadin-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR