Tramp əleyhinə aksiyada 13 qadın tutuldu

Tramp əleyhinə aksiyada 13 qadın tutuldu
04:54 9 Mart 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda ABŞ prezidenti Donald Trampa məxsus “Trump International Hotel & Tower” hoteli qarşısında etiraz aksiyasında iştirak edən 13 qadın saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hələ ki, onlara qarşı heç bir ittiham irəli sürülməyib.

 

ABŞ-ın bir neçə şəhərində 8 Mart beynəlxalq qadınlar günü münasibətilə müxtəlif aksiyalar keçirilib. Aksiya iştirakçıları qadın haqlarının təmin edilməsi, gender və irqi bərabərliyin bərqərar olunması tələb ediblər.

 

Qeyd edək ki, D.Trampın inauqurasiyasından bir gün sonra ABŞ-da, eləcə də London, Roma, Paris, Stokholm və dünyanın digər şəhərlərində yeni prezidentə əleyhinə «Qadınların marşı» adı altında yürüşlər keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR