Rusiyada yol qəzası baş verib: xəsarət alanlar var

Rusiyada yol qəzası baş verib: xəsarət alanlar var
06:12 9 Mart 2017
158 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Rusiyada bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "Gazeta.ru" xəbər verib.
Məlumata görə, hadisə paytaxt Moskvanın şərqində, Boyçovo küçəsində baş verib. Belə ki, iki minik avtomobilinin toqqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Otuz altı yaşlı həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR