Facebook daha bir yeniliyi sınayır

Facebook daha bir yeniliyi sınayır
07:22 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

İndi "Facebook Messenger" proqramında mesajlara müxtəlif reaksiya vermək mümkündür. Həmçinin məşhur sosial şəbəkə öz istifadəçiləri üçün mesajlara dizlayk qoymaq imkanı yaratmaq qərarına gəlib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hələ ki, sözügedən funksiya test proqramı çərçivəsində yalnız məhdud sayda istifadəçilərə əlçatandır. Sosial şəbəkədə edilmiş yenilik mesaja 7 variantdan (həmçinin layk və dizlayk şəklində) ibarət emoji formasında reaksiya vermək imkanı yaradır.

"iMessage" messencerində olduğu kimi, çatda göndərilmiş dostların mesajlarının seçimi zamanı emoji opsiyası meydana çıxır. İndi bu opsiyada ənənəvi simvollardan başqa qəmgin və hətta qəzəbi ifadə edən smayliklər mövcuddur. Beləliklə, "Facebook" ünsiyyəti daha da canlandırmağa və reaksiyaları müxtəlifləşdirməyə çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR