Rusiyada iki azərbaycanlı qətlə yetirilib

Rusiyada iki azərbaycanlı qətlə yetirilib
08:05 9 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayış binalarından birinin liftində qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə prokurorluqdan bildirilib.
Məlumata görə, Kubanda, Krasnodar şəhərinin mərkəzindəki yaşayış binasının liftində aşkarlanmış cəsədlər Azərbaycan vətəndaşlarına məxsusdur. Onların bədənlərində çoxsaylı güllə yaraları aşkarlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqat başlanılıb. Xəbərdə qeyd olunur ki, öldürülənlər ticarətçilər olub və Rusiyada iş dalınca gəliblər.
Hələlik öldürülmüş şəxslərin kimliyi açıqlanmır və qətlin təfərrüatları ilə bağlı geniş məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR