Rusiyada ən populyar messencerlərin adı açıqlandı

Rusiyada ən populyar messencerlərin adı açıqlandı
08:12 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

"WhatsApp" və "Viber" mobil rabitə operatorları arasında ən populyar messencer elan edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ən populyar və daha çox istifadə olunan "WhatsApp" olub. 2016-cı ilin nəticələrinə görə, bu messencerdən ünsiyyət üçün "Bilayn" istifadəçilərinin 69 faizi və "Meqafon" istifadəçilərinin 48 faizi istifadə ediblər.

İkinci yeri "Viber" tutur. Onun payına "Bilayn" istifadəçilərinin 46 faizi və "Meqafon" istifadəçilərinin 40 faizi düşür.
 
Ötən ilin nəticələrinə görə, "Skype" messenceri üçüncü yerdə qərarlaşıb. "Meqafon" abunəçilərinin təxminən 18, "Bilayn" istifadəçilərinin 39 faizi isə bu proqramdan istifadə edirlər.

Ən qeyri-populyar və az istifadə olunan messencer isə "Telegram" olub. Bu messencerin istifadə göstəricisi 10 faiz həddini belə keçməyib.

Qeyd edək ki, bu məlumatlar Rusiyanın ən populyar mobil rabitə operatorları tərəfindən təqdim edilib. MTS şirkəti isə öz müştəriləri tərəfindən istifadə olunan messencerlərin statistikasını təqdim etməkdən imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/524035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR