Putin Netanyahu ilə Moskvada görüşəcək

Putin Netanyahu ilə Moskvada görüşəcək
08:18 9 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, tərəflər terrorla mübarizə, Yaxın Şərqdəki vəziyyət, Fələstin - İsrail nizamlanmasını müzakirə edəcəklər.

“Söhbət zamanı ticarət- iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir. Qeyd edək ki, bundan əvvəl B. Netanyahu Putinlə görüşdə İranın Suriyada hərbi iştirakının qəbuledilməzliyinə dair məsələ qaldıracağını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR