Qvatemalada yanğın: 21 uşaq həlak oldu - YENİLƏNİB

Qvatemalada yanğın: 21 uşaq həlak oldu - YENİLƏNİB
08:42 9 Mart 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

08:38

Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 19 nəfərin öldüyü bildirilirdi.
 
Məlumata əsasən, ağır yanıq xəsarətləri alan iki yeniyetmə xəstəxanada dünyasını dəyişib.
 
Hazırda xəstəxanalarda 20 nəfərin olduğu bildirilir. Onlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qeyd edək ki, faciə zamanı həyatını itirən və yaralananlardan hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir.
 
08.03.2017
22:15
 
Qvatemalada reabilitasiya mərkəzi yanıb, 19 uşaq ölüb
 
Qvatemalada reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayı 19-a çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 9 uşağın öldüyü bildirilirdi.
 
Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən  yanğının səbəbi məlum deyil. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.
 
Qvatemala prokurorluğunun nümayəndəsi bildirib ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması və alovun bütün binanı əhatə etməsi səbəb ola bilər. Qvatemala mətbuatının məlumatına görə, yanğından az əvvəl 60 yeniyetmə reabilitasiya mərkəzindən qaçıb. Yeniyetmələr mərkəzdə onlarla pis davranılmasına və yeməklərin keyfiyyətsizliyinə etiraz ediblər.
 
20:34
 
Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 uşaq ölüb.
 
Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, yanğın zamanı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Faciənin səbəbləri hələ ki, açıqlanmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR