İraqda toyda iki partlayış: 30 ölü, 26 yaralı - YENİLƏNİB

İraqda toyda iki partlayış: 30 ölü, 26 yaralı - YENİLƏNİB
08:47 9 Mart 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

08:43

Tikrit şəhəri yaxınlığında toy mərasimində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb, 26 nəfər yaralanıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 23 nəfərin öldüyü bildirilirdi.
 
Hadisə Tikrit şəhərindən 20 km şimalda yerləşən Həccac kəndində baş verib. Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
 

00:51

İraqın Tikrit şəhərində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İraqın Tikrit şəhərinin yaxınlığında toy mərasimi zamanı baş vermiş iki partlayış zamanı 23 nəfər ölüb.

İlkin məlumata əsasən partlayışı iki terroçu-intiharçı törədib.

Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR