AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı məruzəni Monitorinq Komitəsində təqdim edib

AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı məruzəni Monitorinq Komitəsində təqdim edib
09:57 9 Mart 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar məruzəni AŞPA Komitəsinin iclasında təqdim edib.
“Report” xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin iclası martın 8-də Parisdə keçirilib.
Ştefan Şennax və Sezar Florin Preda məruzədə Azərbaycanda QHT-lər haqqında qanunvericiliyi, ölkədə keçirilən konstitusiya referendumu, həmçinin söz azadlığı ilə bağlı vəziyyəti yenidən qiymətləndirib.
Həmməruzəçilər islahat proseslərinə "təkan verilməsi" və Azərbaycan hökuməti ilə dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aspa-hemmeruzecileri-azerbaycana-seferin-yekunlari-ile-bagli-meruzeni-monitorinq-komitesinde-teqdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR