Corabınızın içinə soğan qoyun

Qoxusu, gözləri yaşartması və digər səbəblərə görə, bəzi insanlar soğanı heç sevmir. Ancaq həkimlər soğanın çox faydalı bir qida olduğunu daim təkrarlayır.

Metbuat.az bildirir ki, bir çox qidaların möcüzəvi təsirləri ola bilər, ancaq soğanın faydaları saymaqla bitmir. Soğan suyu və balı qarışdıraraq içmək öskürək, qızdırma, qrip və allergik xəstəliklərə qarşı təsirlidir. Burunda qanaxma zamanı soğan iyləmək qanaxmanı kəsir. Hər gün bir soğan yemək qəbizliyə və yuxusuzluğa yaxşıdır. Güclü bir yaddaş və sağlam sinir sistemi üçün soğan yemək lazımdır. Soğanı bədənin ağrıyan hər hansı bir hissəsinə qoysanız, ağrı dərhal kəsəcək. Qısacası, soğanın faydaları saymaqla bitmir.

Çin tibbində ayaqların yeri önəmlidir. Bir çox orqanın ayaqla bağlantısı olduğu bildirilir. Ayaqlarda 7 minə yaxın sinir ucları var. Ayaqlar sayəsində bədəninizdəki mənfi enerjini ata bilərsiniz, amma bunun üçün torpaqda ayaqyalın gəzib, mənfi ionları torpağın çəkici gücünə buraxmalısınız.Torpaqda çılpaq ayaqla gəzmək şəhərdə yaşayanlar üçün mümkün olmadığı üçün, köməyinizə soğan gələcək. Soğanı kəsib ayağınıza qoyun və corabınızı geyinin. Revmatizma ağrılarına yaxşıdır, qan dövranını sürətləndirir, bədəndən toksinləri atır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR