"Sumqayıt Kimya Sənaye Parkı" "Baker Tilly Audit Azərbaycan"la müqavilə bağlayıb

"Sumqayıt Kimya Sənaye Parkı" "Baker Tilly Audit Azərbaycan"la müqavilə bağlayıb
10:07 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması ilə əlaqədar kotirovka sorğusu keçirilib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Kotirovka prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender komissiyasının martın 2-i tarixli qərarına əsasən, “Baker Tilly Audit Azərbaycan” MMC qalib elan edilib.
Sözügedən təşkilatla martın 3-də müvafiq satınalma müqaviləsi bağlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sumqayit-kimya-senaye-parki-baker-tilly-audit-azerbaycan-la-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR