Türk diplomat İsveçrədən siyasi sığınacaq istədi

Türk diplomat İsveçrədən siyasi sığınacaq istədi
10:13 9 Mart 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin diplomatik pasporta malik olan onlarla vətəndaşı sığınacaq almaq üçün İsveçrə hökumətinə müraciət edib.

Publika.az İsveçrənin “Tages Anzeiger” qəzetinə istinadən xəbər verir ki, sığınacaq istəyən şəxslər arasında Türkiyənin Berndəki keçmiş səfirinin müşaviri Volkan Karagözün də olduğu deyilir.

Məsələ ilə bağlı Türkiyə hökuməti hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, Volkan Karagöz Türkiyədə “FETÖ”-n2n üzvü olaraq tanınır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR