Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın görüntüləri

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

X X X

XXX

13:12

Qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir.

X X X

10:05

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

X X X

09:35

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

X X X

Qəza nəticəsində 1 nəfərin öldüyü bildirilir.

X X X

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR