"Hakimin qərarları bizə qarşı yönəlmişdi"

"Hakimin qərarları bizə qarşı yönəlmişdi"
10:17 9 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Uşaqlar və böyüklər, bu gecəni heç vaxt unutmayacaqsınız. Futbol ağlasığmaz, unikal idmandı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike deyib.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə 0:4 hesabı ilə uduzan "Barsa" cavab matçında 6:1 hesablı qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.
 
Matçla bağlı fikirlərini bildirən Enrike tarixi uğura imza atdıqlarını deyib: "Baş verənləri sözlə ifadə etmək çox çətindi. Bu matçdan daha gərgin keçən yalnız bir oyun xatırlayıram. Həmin vaxt mən hələ futbolçu idim. Matçöncəsi mətbuat konfransında 6 qol barədə danışırdım. Halbuki, PSJ də güclü komandadı və hər an qol vura biləcək gücdədi. Möhtəşəm qələbə sayəsində "Barselona" Çempionlar Liqasında mübarizəni davam etdirir".
 
PSJ-nin çalışdırıcısı Unai Emeri də görüşlə bağlı danışıb. O, söhbət əsnasında hakim idarəçiliyindən şikayət edib: "Oyunu analiz edərək deyə bilərəm ki, möhtəşəm şansı əldən verdik. İlk hissədə baş verənlər bizim günahımızdı, pressinq edə və topla ağıllı davrana bilmədik. Dərin müdafiə olunurduq, rəqibin qol şansları daha çox oldu. Fasiləyə kimi buraxdığımız hər iki qol bizim səhvimiz idi. İkinci hissədə sakit və ağıllı oynamağa başladıq. Qol vurduqdan sonra yenə imkanlarımız oldu, amma hesabı 2:3 edə bilmədik. Hakimin qərarları bizə qarşı yönəlmişdi və hər şey son dəqiqələrdə əldən getdi. Amma "Barselona" bunu etməyə qadirdi. Bu oyun mən və komandam üçün əla təcrübədi, dərs götürmək lazımdı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR