Neymar heç kimin bacarmadığını etdi - bu bir ilkdi

Neymar heç kimin bacarmadığını etdi  - bu bir ilkdi
10:27 9 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Neymar yeni rekord müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ-ni 6:1 hesabıyla yenən “Barselona”nın üzvü məhsuldar ötürmə sayını 8-ə çatdırıb.


 

İlk dueldə 0:4 hesabıyla uduzduqları Fransa klubunun devrilməsinə 2 qolla töhfə verən “sambaçı” qitənin ən nüfuzlu turnirində heç kimin bacarmadığını gerçəkləşdirib. Bir mövsümə 8 qol ötürməsi ÇL tarixində rekorddu.

 

Neymar oyundan sonra belə deyib: “Həyatımın ən gözəl oyunu idi. Rəqibin topu özündə saxlaya bilmədiyini, bizdən qorxduğunu hiss etdik və təzyiqi artırdıq. Çox xoşbəxtəm. Bizə inanmayanlar çox olsa da, biz inanılmazın reallaşa biləcəyinə inanırdıq”.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymar-hec-kimin-bacarmadn-etdi-t56792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR