Bakı-Sumqayıt yolunda baş verən qəzada üç tələbə ölüb

Bakı-Sumqayıt yolunda baş verən qəzada üç tələbə ölüb
10:27 9 Mart 2017
225 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bakıdan Sumqayıt istiqamətində gedən "Ford" markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində baş verən qəzada üç tələbə ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.
O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.
S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. 
Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov "Report"a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sumqayit-yolunda-bas-veren-qezada-uc-telebe-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR