ABŞ səfiri də öldürülməli idi - ARAŞDIRMA

ABŞ səfiri də öldürülməli idi - ARAŞDIRMA
10:33 9 Mart 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvü olan polis məmuru Mövlüd Mərd Altıntaş tərəfindən öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla bağlı istintaqda yeni detallar ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mövlüd Mərd Altıntaş ABŞ-ın Türkiyədəki səfiri Con Bassı da araşdırıb.

Hazırda Kiber Cinayətlər Dairəsi ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Altıntaşın “iPhone” markalı mobil telefonunun şifrəsini qırmaq üçün işlərini davam etdirir. Şifrənin qırılması üçün ABŞ Federal Təhqiqat Bürosu (FTB) dəstək verəcək.

Altıntaşın Karlovla yanaşı, ABŞ səfiri barədə məlumat toplaması isə qatilə aid kompüterin araşdırılması zamanı ortaya çıxıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR