Ötən il Azərbaycanda enerji istehsalına 4 mlrd.kubmetr qaz sərf olunub

Ötən il Azərbaycanda enerji istehsalına 4 mlrd.kubmetr qaz sərf olunub
10:37 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ 2016-cı ildə istilik elektrik stansiyaları tərəfindən enerji istehsalına 4 295,4 mln. kubmetr təbii qaz (85,4%) və 614,2 min ton soba mazutu (14,6%) sərf edilib.
“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabata əsasən, SOCAR-dan qəbul edilən mazutun həcmi (493 min ton) nəzərə alınmaqla ilin sonuna stansiyalarda mazut ehtiyatı 71 min ton təşkil edib.
“İstilik elektrik stansiyalarının istismar rejimlərinin yaxşılaşdırılması hesabına şindən buraxılan 1 KVts elektrik enerjisinin istehsalına şərti yanacağıın xüsusi sərfi 285,9 qram təşkil edib və 2015-ci illə müqayisədə (292,2 qr/kVts olduğunu nəzərə alsaq) 124,1 min ton şərti yanacağa qənaət edilib”-,hesabatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/oten-il-azerbaycanda-enerji-istehsalina-4-mlrd-kubmetr-qaz-serf-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR