Süni düyünü bu üsullarla tanıya bilərsiniz

Çin hər il 200 tondan çox düyü istehsalı ilə dünyanın ən böyük düyü istehsalçısı hesab edilir.

Metbuat.az xəbər verir ki, "Kore Times” qəzeti maraqlı araşdırma aparıb. Araşdırma Çin düyüsünün plastikliyinə görə sağlamlıq üçün son dərəcə təhlükəli oldunu sübut edib.

Çin istehsalçıları plastik və kartof nişastasından hazırlanmış süni düyü satırlar. Bəs, sağlamlığımız üçün ziyan olan bu düyünü necə ayırd edə bilərik?

Süni düyünü ayırd eləmək üçün bir neçə test edə bilərsiniz. Bunlardan biri düyünü ocaqda yandırmaqdır. Düyü yanırsa, deməli, saxtadır. Düyünün saxta olub-olmadığını su ilə də yoxlamaq olar. Bir stəkan suya bir şorba qaşığı düyü əlavə edin, əgər düyü şüşənin altına düşərsə, təbiidir. Digər üsulla isə bir neçə düyü dənəsini əzin. Bundan sonra onları yaxından izləyin və düyünün incə ağ tozu əmələ gəlməyə başladığını görsəniz, bu təbii olması deməkdir. Lakin sarı ləkələr varsa, həmin düyü sünidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR