Azərbaycanda hərbi xidmət müddəti uzadıla bilər

“Azərbaycanda hərbi xidmət müddəti ölkə rəhbərliyinin qərarına əsasən uzadıla bilər”.

Bu sözləri Metbuat.az-a açıqlamasında ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Onun sözlərinə görə, ölkədə "Hərbi Vəziyyət Haqqında" Qanunun tədbiqi başlayarsa, yaxud da fors-major halları olarsa, hərbi xidmət müddəti artırıla bilər:

“Hazırda bu məsələ ilə bağlı hansısa bir problem yoxdur. Problem 90-cı illərdə vardı. İndi isə geridə qalıb. Bu gün ali təhsil alan gənclərimiz təhsil müddətlərini başa vurduqdan sonra hərbi xidmətə çağırılırlar. 12 ay xidmətdən sonra isə ehtiyyata buraxılırlar. Hərbidə qalmaq istəyənlər varsa, omandanlığa müraciət edirlər"

Polkovnik əlavə etdi ki, hazırda hərbi xidmət müddətinin artırılacağına inanmıram:

“Azərbaycanda bu gün kifayət qədər ehtiyyatda olan resurslarımız var. O resursları rahat şəkildə bir neçə il istifadə edə bilərik. Çox ağır döyüşlər, onların nəticəsində isə böyük itkilər olarsa, onların yerini doldurmaq üçün kifayət qədər çağırışçı resursu var”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR