Bakı-Sumqayıt yolundakı qəzada ölən tələbələrin adları

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qəza zamanı dünyasını dəyişən tələbələrin adları məlum olub.

SDU-nun mətbuat xidmətindən bildirilib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsimov İbrahim qəza zamanı dünyasını dəyişib.

Qeyd edək ki,Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən qəza zamanı 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

AzVision.az//


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR