"Kapital Bank" kredit faizlərində endirim kampaniyasına başlayıb

"Kapital Bank" kredit faizlərində endirim kampaniyasına başlayıb
10:52 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ "Kapital Bank" ASC Novruz bayramı münasibətilə endirimli kampaniya keçirir. Şərtlərə görə 31 mart tarixinədək "Kapital Bank"dan nağd pul krediti əldə etmək istəyən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim ediləcək.
"Report"un banka istinadən verdiyi xəbərə görə, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-kredit-faizlerinde-endirim-kampaniyasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR