IFC rəsmisi: "Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər"

IFC rəsmisi: "Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər"
10:52 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər. "Report" xəbər verir ki, bunu gender bərabərliyinə həsr edilmiş "BFB-də növbəti açılış zəngi" adlı tədbirdə çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
"Azərbaycanda şirkətlərin cəmi 2,4%-də rəhbər qadınlardır. Bu Mərkəzi Asiya ölkələrində 30% civarındadır. Dünya üzrə gəlirlərin 10%-i qadınların payına düşür", - o bildirib.
Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Namazov deyib ki, Birjanın əməkdaşlarının 45%-i qadınlardır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ifc-resmisi-qadinlar-qlobal-iqtisadiyyata-28-trln-abs-dollari-hecminde-tohfe-vere-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR