Konqresdən Rusiyaya KRIM TƏLƏBİ: “Əks halda...”

Konqresdən Rusiyaya KRIM TƏLƏBİ: “Əks halda...”
10:53 9 Mart 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Nümayəndələr Palatası Müdafiə Nazirliyinin (Pentaqon) büdcə layihəsini bəyənib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, büdcə layihəsi Pentaqona Rusiyanın silah istehsalçısı olan “Rosoboroneksport” dövlət şirkəti ilə əməkdaşlığı qadağan edir.

Qanun layihəsində göstərilir ki, məhdudiyyət Rusiya şirkətinin Suriya hökumətinə silah çatdırmasını dayandırmasına və Rusiya ordusunun Krımı tərk etməsinə qədər qüvvədə olmalıdır.

2017-ci ilin sentyabrının sonuna kimi qüvvədə olan sənəd hərbi ehtiyaclar üçün 578 milyard dolların ayrılmanı nəzərdə tutur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR