Azərbaycanda "Elektron imza" sertifikatlarından istifadə edənlərin sayı açıqlanıb

Azərbaycanda "Elektron imza" sertifikatlarından istifadə edənlərin sayı açıqlanıb
10:57 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanda “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən bu ilin 1 mart tarixinədək olan statistika açıqlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumatı Hesablama Mərkəzindən "Report"a daxil olan məlumata görə, dövlət qurumları üzrə 67 042, fiziki şəxslər üzrə 17 304, hüquqi şəxslər üzrə isə 17 384 olmaqla, ümumilikdə 101 730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
Qeyd edək ki, 2017-ci ilin ilk 2 ayı ərzində istifadəyə verilən “Elektron imza” sertifikatının ümumi sayı 1 514 olub. Onlardan dövlət qurumlarının payına 1 060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 “Elektron imza” sertifikatı düşüb.
Bundan əlavə, “elektron imza” vasitəsilə həyata keçirlimiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15 858 892, hüquqi və fiziki şəxslər üzrə 3 560 581 olmaqla ümumilikdə, 19 419 473 autentifikasiya və “Elektron imza” əməliyyatı aparılıb. 2017-ci ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1 584 680 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9% deməkdir. Beləliklə, dövlət qurumlarının payına toplam olaraq 1 062 498, hüquqi və fiziki şəxslərin payına isə 504 082 autentifikasiya və “Elektron imza” əməliyyatı düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-elektron-imza-sertifikatlarindan-istifade-edenlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR