"Elektron imza" sertifikatlarının STATİSTİKASI

"Elektron imza" sertifikatlarının STATİSTİKASI
11:17 9 Mart 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

"Elektron imza" sertifikatlarının istifadəyə verildiyi gündən martın 1-dək olan statistikaya əsasən, dövlət qurumları üzrə 67.042, fiziki şəxslər üzrə 17.304, hüquqi şəxslər üzrə isə 17.384 olmaqla, ümumilikdə 101.730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2017-ci ilin ilk 2 ayı ərzində istifadəyə verilən "elektron imza" sertifikatının ümumi sayı 1514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 "elektron imza" sertifikatı düşüb.

Bundan əlavə, "elektron imza" vasitəsilə həyata keçirlimiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15.858.892, hüquqi və fiziki şəxslər üzrə 3.560.581 olmaqla ümumilikdə 19.419.473 autentifikasiya və "elektron imza" əməliyyatı aparılıb. 2017-ci ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1.566.580 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9% deməkdir. Beləliklə, dövlət qurumlarının payına toplam olaraq 1.062.498, hüquqi və fiziki şəxslərin payına isə 504.082 autentifikasiya və "elektron imza" əməliyyatı düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR