Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb

Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb
11:22 9 Mart 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücünün sərxoş olub-olmadığı araşdırılır
Bakı. 9 mart. REPORT.AZ/ Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.
Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sumqayit-yolunda-telebelerin-olumune-sebeb-olan-surucu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR