Karlovun qatilinin hədəfi ABŞ səfiri imiş? - Kompüterindən ŞOK DETAL üzə çıxdı

Karlovun qatilinin hədəfi ABŞ səfiri imiş? - Kompüterindən ŞOK DETAL üzə çıxdı
11:32 9 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Rus səfir Karlovu öldürən Mövlut Mert Altıntaşın kompüterindən çıxan sənədlər sonrası FBI-dən kömək istənilib.

Milli.Az mynet-ə istinadən xəbər verir ki, FETÖ-çü polis məmuru Mövlut tərəfindən törədilən qətlin istintaqı zamanı inanılmaz detallar ortaya çıxıb.

Baş prokurorluqda Karlovun qətliylə bağlı aparılan istintaqda əhəmiyyətli detallar əldə edilib.

Ümumi Təhlükəsizlik İdarəsi Kiber Cinayətlər Şöbəsinin Altıntaşın mobil telefonunun şifrəsini qırmaq üçün işlərini davam etdirdiyi deyilir.

İstintaq prosesi zamanı qatilə aid kompüter araşdırmasında əhəmiyyətli bir məlumat aşkar edilib.

Altıntaşın Karlovla yanaşı ABŞ-ın Ankaradakı səfiri Con Bassı da internetdə araşdırdığı məlum olub.

Bassı da hədəf aldığı iddia edilən sui-qəsdçinin Ankarada yerləşən rus və Amerika mədəniyyət dərnəklərini də internetdən araşdırdığı yayılan məlumatlar arasında yer alır.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR