Mövlan Paşayev: "Qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir"

Mövlan Paşayev: "Qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir"
11:47 9 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ "Apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, qadınların 20%-i işə qəbul zamanı gender diskriminasiyası ilə üzləşir". "Report" xəbər verir ki, bunu "PriceWaterhouseCoopers Azerbaijan"ın ölkə üzrə idarəedici partnyoru və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvü Mövlan Paşayev deyib.
M.Paşayevin sözlərinə görə, Azərbaycanda bir çox hallarda vəzifələr üzrə gender stereotipləri mövcuddur: "Bizdə belə bir fikir var ki, baş mühasib mütləq qadın, baş hüquqşünas isə kişi olmalıdır".
PwC rəsmisi hesab edir ki, Azərbaycan qanunvericiliyi qadınların "cəzalandırılması"nın tərəfdarıdır: "Tətildə yaxud məzuniyyətdə olan qadınların 70%-i işə qayıtmaq istəyir. Amma işə qayıdanların yalnız 20%-i ya eyni ya da daha yüksək maaşla işə qayıdır. Digər hissəsi isə daha az maaşla yenidən işə başlayır. Bir sözlə qadınlar "cəzalandırılır". Azərbaycan qanunvericiliyi də qadınlara yüksək şərait yaratmır. Məsələn, analıq məzuniyyətinə çıxan qadınlar maksumum 2000 manat alır. Yəni bu qadının əməkhaqqısı 5 min manat olsa da o 2 min manat alır. Biz bu qanunun dəyişməsinin tərəfdarıyıq və təkliflərimizi yenə irəli sürəcəyik".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/movlan-pasayev-qadinlarin-20-i-ise-qebul-zamani-gender-diskriminasiyasi-ile-uzlesir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR