Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu - İŞ AÇILDI

Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu - İŞ AÇILDI
11:49 9 Mart 2017
263 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb. Lent.az xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. “Ford Tranzit”i idarə edən sürücü ambulator müalicəyə yazıldıqdan sonra saxlanılıb.

 

Report xəbər verir ki, hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR