Arda sevincini izləyicilərlə Quran ayəsi ilə bölüşdü - FOTO

Arda sevincini izləyicilərlə Quran ayəsi ilə bölüşdü - FOTO
11:52 9 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Dünən futbol tarixində unudulmaz gecə yaşanıb.

Milli.Az Türkiyə mediasına istinadla bildirir ki, Çempionlar Liqasının 16-cı turunda Parisdə "PSJ"-yə 4:0 məğlub olan "Barselona" cavab matçında möcüzə reallaşdırıb. Belə ki, o, öz meydanında "PSJ" -ni 6-1 məğlub edib.

"Barselona" (İspaniya) - PSJ (Fransa) - 6:1
Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

Matçın 65-ci dəqiqəsində İnyestanın yerinə daxil olan Arda Turan da qalibiyyətdə mühüm rol oynayıb.

O, qələbənin ardından həm Tvitter-də, həm də İnstaqram-da paylaşım edib.

Tvitter: "Siz ona futbol komandası deyirsiniz, biz "Barsa", siz "möcüzə" adlandırırsız, biz "normal".

Ulduz futbolçu İnstaqram paylaşımı ilə bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb. Belə ki, o, İnstaqram-da Qurandan ayə yazıb: "Kün Feyekün"

Qeyd edək ki, "Yasin" surəsində olan bu ayə "Allah ol desə, o şey olar" anlamına gəlir.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR