​Azərbaycan ballistik raket istehsal edəcək?

“Gələcəkdə ehtiyac olacaqsa, həmin silah-sursatı istehsal edəcəyik”.

Bunu Mətbuat.az-a açıqlamasında Azərbaycanda ballistik raket istehsalı ilə bağlı sualı cavablandıran ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda həmin silaha ehtiyac yoxdur:

“Azərbaycan çalışır ki, ərazi bütövlüyünü, suverenliyini təmin etsin. Bu istiqamətdə işlər aparılır. Azərbaycan Silahlı Qüvvələrinin üzərinə nə düşürsə, onu da həyata keçirir.

Müdafiə Sənayesi Nazirliyinin zavod və fabriklərində ordumuz üçün lazım olan silahlar istehsal edilir. Azərbaycan bu gün öz hərbi surastını özü istehsal edir. Hətta ixrac da olunur. O cümlədən, minaatanlar üçün mərmiləri özümüz hazırlayırıq. Gələcəkdə ehtiyac olacaqsa, o silah-sursatı da buraxacağıq. Bu gün ona ehtiyac yoxdur. Əvvəla, texnologiyalarımız o səviyyədə deyil. Bizim ancaq yüngül və zirehli texnika buraxmaq imkanlarımız var. Təyyarə, ballistik raket və tank istehsalı üçün Azərbaycanda zavod və fabrik yoxdur. Gələcəkdə Vatikanla birgə hərbi əməkdaşlıq çərçivəsində, o cümlədən qonşu İran və Rusiyanın marağı olarsa, xarici mütəxəssislərin iştirakı ilə belə bir layihə həyata keçirilə bilər".

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR