Hamiləlik zamanı cinsi əlaqədə olmaq olarmı?

Hamiləlik zamanı cinsi əlaqədə olmaq olarmı? Bu, zaman-zaman hamının cavab tapmağa çalışdığı sualdır.

Metbuat.az bildirir ki, qadın xəstəlikləri və doğum üzrə mütəxəssis professor həkim Bülent Tıraş, hamiləlikdə cinsi əlaqənin uşağa zərər verməsi barədə deyilənlərin yanlış olduğunu açıqlayıb:

“Hamiləlik dövründə cinsi əlaqə uşağa zərər vermir. Çünki uşağın amnion mayesi (embrionu qoruyan və qidalandıran maye) bütün fiziki dəyişiklikləri içində saxlayacaq şəkildə yaradılıb.

Həkim əlavə edib ki, cinsi əlaqə zamanı önəmli olan uşağa təzyiq etməyəcək mövqeləri seçməkdir:

"Bəzi həkimlər hamiləlik zamanı cinsi əlaqəyə girməməyi məsləhət görür. Bu, uşaq üçün daha zərərlidir. Çünki əlaqə zamanı anadan ifraz olunan serotonin hormonu uşağın inşkişafına təsir edir. Bu hormon cütlüklər arasındakı sevgini artırdığından, uşağın ruhən daha sağlam ailə mühitində doğulmasına şərait yaradır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR